10:00 22-04-2022
news_image
135
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov “Oslo Esports Cup”da mübarizəyə başlayır

Bu gün şahmat üzrə Çempionlar Turunun “Oslo Esports Cup” mərhələsinin yarışları start götürəcək.

Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək. 

Şahmatçımızla yanaşı, yarışa hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, Yan Kşiştov Duda (Polşa), Niderland təmsilçiləri Aniş Giri, Yorden Van Forrest, Hindistan şahmatçısı Praqnanandha Rameşbabu, vyetnamlı Le Quanq Liyem, kanadalı Erik Hansen iştirak edəcək.

Reqlamentə əsasən hər turda iştirakçılar rapid üzrə (15 dəqiqə +10 saniyə) 4 partiyadan ibarət matçda mübarizə aparacaqlar. İştirakçılar hər gün yalnız 1 rəqiblə qarşılaşacaq. İlk turda Şəhriyar Məmmədyarovun rəqibi vyetnamlı Le Quanq Liyem olacaq. 
Turnir aprelin 28-dək davam edəcək.