12:17 29-04-2022
news_image

Cüdoçularımız nəhsə doğru – MEDAL SİYAHISI

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa çempionatı başlayıb.

Apasport.az saytının məlumatına görə, sayca 71-ci qitə birinciliyinin ilk mükafatları sahiblərini tapmamış yarışın tarixinin medal sıralaması açıqlanıb.

1951-ci ildən keçirilən yarışda indiyədək 983-ü qızıl olmaqla 3883 medalın sahibi bəlli olub. Mükafat qazanan 47 ölkədən biri də Azərbaycandır.

Yığmamız indiyədək 12 qızıl, 16 gümüş və 23 bürüncə yiyələnib. Nəhs – 13-ü çempionluq arzusunda olan milimiz ümumilikdə 51 dəfə fəxri kürsüdə yer alıb.

Azərbaycan cüdoçuları Avropa çempionatları tarixinin medal sıralamasında 16-cıdır. 15-ci olan Ukraynadan 3 qızıl geri olan komandamızın irəliləməsi çətin görünür. İzləyicilərimiz Portuqaliya və Türkiyə cəmi bir çempionluq geridə olduğundan mövqeyimizi qorumaq lazımdır.

Qeyd edək ki, siyahıya Fransa başçılıq edir. İkinci yerdə Niderland, üçüncü pillədə Almaniya qərarlaşıb. 

yer

ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Fransa

236

163

244

643

2

Niderland

103

83

159

345

3

Almaniya

93

111

275

479

4

SSRİ

91

61

70

222

5

Rusiya

69

65

94

228

6

Böyük Britaniya

53

75

130

258

7

Belçika

48

39

96

183

8

Gürcüstan

37

33

51

121

9

İtaliya

28

55

94

177

10

Avstriya

26

36

75

137

11

İspaniya

26

35

73

134

12

Polşa

21

33

81

135

13

Macarıstan

19

30

54

103

14

Rumıniya

19

14

33

66

15

Ukrayna

15

10

35

60

16

Azərbaycan

12

16

23

51

17

Portuqaliya

11

8

20

39

18

Türkiyə

11

4

29

44

19

Sloveniya

10

10

30

50

20

İsrail

9

9

24

42