18:56 06-05-2022
news_image
212
DİGƏR NÖVLƏR

"Prezident kuboku-2022": Azərbaycan ilk gündə 25 medal qazandı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönünümünə həsr olunmuş "Prezident kuboku-2022" reqatasının birinci gününə yekun vurulub. 

Apasport.az saytının məlumatına görə, Suqovuşan qəsəbəsində təşkil olunan kayak və kanoe üzrə yarışlarda Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı mübarizə aparıb.

Yeniyetmə və gənclər arasında 5 yaş kateqoriyasında təşkil olunan yarışlarda Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medal qazanıb.

Reqataya mayın 7-də Mingəçevirdə keçiriləcək akademik avarçəkmə yarışları ilə yekun vurulacaq.