11:46 10-05-2022
news_image
228
TOP OYUNLARI

Yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı

22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, baş məşqçi Eldar Əliyev Avropa çempionatının seçmə mərhələsi üçün oyunlara 16 oyunçu çağırıb. 

Onlar əsasən Azərbaycan çempionatında uğur qazanan voleybolçulardır. 

Toppaylayıcılar: Amirmehdi Ablou, Roman Qurski, Mirəşrəf Rzazadə, Uğur İbrahimov
Hücumçular: Ruslan Əliyev, Mais Verdizadə, Rəşad Əliyev, Farzin Cafari Nazloo, Yusif Bünyatov, Kənan Həsənli
Blokçular: Emil Aşumov, Aslan Həmidov, Mərdan Məmmədov, Yeqor Nikulenko
Liberolar: Ferhat Jenkel, Emin Əmirxanlı

Qeyd edək ki, millimiz seçmə mərhələdə Niderland, Kosovo və Slovakiya ilə E qrupunda mübarizə aparacaqlar.